Tanınmış yazıçı Yunus Oğuzla görüş keçirildi

30 aprel 2016 - cı il tarixində publisist, tarixi romanlar müəllifi, əsərləri Rusiya, Türkiyə, Orta Asiya ölkələri və ABŞ-da yayımlanan tanınmış yazıçı Yunus Oğuzla görüş keçirildi. Tədbirdə AMEA-nın müxbir üzvi, tarixçi alim, professor Vəli Əliyev, mətbuat nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov iştirak etmişdilər.Tədbirdə yazıçının həyat və yaradıcılığına toxunulmuş, şagirdlər tərəfindən yazıçının əsərlərindən rus və Azərbaycan dilində ( "Atilla" və "Nadir şah" əsərlərindən) səhnələşdirilmiş nümunələr nümayiş etdirildi. Sonda müəllif ona ünvanlanmış sualları cavablandırdı.Tədbir Azərbaycanın işıqlı gələcəyindən bəhs edən slaydların nümayişi və "Yaşa, Azərbaycan!" adlı mahnının sədaları altında iştirakçıların ayaq üstə alqışları iıə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi