Xalqımızın Xocalı ağrısı.....

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 fevral 2020 – ci il tarixli F – 73 nömrəli əmrinə əsasən 26 fevral tarixində ilk dərslər Xocalı soyqırımının 28 – ci ildönümünə həsr edildi.

I – IV, V – IX, X – XI siniflərdə şagirdlərin yaş səviyyələrinə uyğun olaraq Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımında yaşanmış tarixi şərait, XX əsrin sonlarındakı erməni vandalizmi, əslində yalnız azərbaycanlılara deyil, bütün insanlığa, bəşəriyyətə yönəlmiş cinayətin mahiyyəti şeirlər, kompozisiyalar, rəsmlər və mahnılarla yad edildi.

Şagirdlər Xocalı hadisələrinə beynəlxalq miqyasda əsl adını – soyqırım kimi siyasi – hüquqi qiymət verilməsi ilə bağlı çağırış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi