Milli varlığımızın tərənnüm dili, Vətən dili – ana dili...
Fevralın 21 – də “Beynəlxalq Ana dili günü” münasibətilə məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbin müəlliməri və şagirdləri iştirak etdi. “Beynəlxalq Ana dili günü”nə həsr olunmuş videoçarxların nümayişindən sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri “Beynəlxalq Ana dili günü” haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər. İbtidai sinif şagirdləri ana dilinə həsr olunmuş şeirlər söylədilər.
Həmçinin “Beynəlxalq Ana dili günü” haqqında şagidlər arasında inşa yazı müsabiqəsi keçirildi. Ən məzmunlu və dolğun yazı işləri münsiflər heyəti tərəfindən dinlənilib qiymətləndirildi.
Ana dili gününə həsr olunmuş bütün tədbirlərdə bir ideya xüsusilə vurğulandı: “Ana dili hər bir millətin milli mənliyi və pasportudur. Onu qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.”