Xalq Təhsili Muzeyinə ekskursiya

Fevralın 13 – də Azərbaycan Respublikası Təhsil Nazirliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış Xalq Təhsil Mizeyinin 25.12.2019 – cu il tarixli, 81 nömrəli (TN – 45/26.12.2019 – cu il) məktubuna əsasən məktəbin altıncı sinif şagirdlərinin muzeya ekskursiyası təşkil olunmuşdur. Şagirdlər muzeydə qədim zamanlardan başlayaraq müasir dövrümüzə qədər mürəkkəb, lakin şərəfli yol keçmiş ölkə təhsilinin bütün inkişaf mərhələləri, maarifçilərin, elm və dövlət xadimlərinin, pedaqoji ictimaiyyət nümayəndələrinin xidmətləri haqqında geniş məlumat əldə etdilər. Nadir dərs vəsaiti və ləvazimatları, müxtəlif illərə məxsus dərsliklər və proqramlar, təhsil müəssisələrində istifadə olunan texniki vəsaitlər şagirdlərin xüsusi marağına səbəb oldu.

Şagirdlər müqayisəli təhlil apararaq Azərbaycanın müasir təhsil sisteminin müəyyənləşdirilmiş hədəflər çərçivəsində uğurla inkişaf etməsinin  bir daha şahidi oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi