Pedaqoji Şura iclası
Yanvarın 31 – də I yarımilin yekunları və qarşıda duran məsələlərin müəyyənləşdirilməsinə həsr olunmuş 3 № - li pedaqoji şura iclası keçirildi.
Pedaqoji şura iclasında gündəlik məsələlərlə bağlı məktəbin direktoru, təlim – tərbiyə işləri üzrə direktor müavinləri, məktəbin psixoloqunun geniş, məzmunlu hesabatları dinlənilib müzakirə olundu. Metodbirləşmə sədri Yeganə Ağamirzəyeva IV, IX, XI siniflərdə şagirdlərin İngilis dili bacarıqlarının proqram tələbinə uyğunluğu haqqında çıxış etdi. İclasda Təhsil Nazirliyinin və BŞTİ – nin göndərdiyi müvafiq sənədlər haqqında şura üzvləri məlumatlandırıldı.