Valideyn iclası
Məktəbin fəaliyyət planına müvafiq olaraq yanvarın 30 –da məktəbin I – XI sinifləri üzrə I yarımilin yekunları, qarşıda duran vəzifələrə həsr olunmuş valideyn iclasları keçirildi.
Məktəb rəhbərliyi ilə yanaşı ayrı – ayrı fənn müəllimlərinin də iştirak etdiyi valideyn iclaslarında valideyn əməkdaşlığının gücləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri haqqında onlara məlumatlar verildi, valideynlər şagirdlərin I yarımil nəticələri ilə tanış oldular. Valideyn iclaslarında iştirak edən məktəbin psixoloqu müvafiq tösiyələrini verdi.
I yarımildə qeyri – kafi qiymət alan şagirdlərin nəticələrinin yüksəldilməsi istiqamətində maarifləndirici söhbət aparıldı. Şagirdlərin dərsə davamiyyəti, məktəbli kitabçalarının icrası vəziyyəti, məktəbdaxili nizam – intizam qaydalarına əməl edilməsi müzakirə edildi.