Yanvarın iyirminci günü
17, 18 yanvar tarixlərində 20 Yanvar faciəsinin 30 – cu ildönümünə həsr olunmuş tədbirlərin yekunu olaraq məktəbin müəllim və şagird kollektivi Şuşa Dövlət Musiqili Dram Teatrında oldular.
Şagirdlər ilk öncə faciəni əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış oldular. Daha sonra “Yanvarın iyirminci günü” adlı adədbi – bədii kompozisiyaya tamaşa etdilər. Kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Kompozisiyada şagirdlər Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktının bəşəriyyətə, humanizmə, insalığa zidd aksiya olduğunun bir daha şahidi oldular.