Günəşin doğmadığı gün

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda, ölkəsinin müstəqilliyi yolunda canlarından keçən vətən oğullarının şəhidlik zirvəsinə ucaldığı gündən 30 il ötür.

Yanvarın 15 – də Azərbaycana qarşı xəyanətkar siyasətə dözməyən öz azadlığına can atan xalqımızın əyilməzliyi və məğrurluğuna həsr edilmiş “Günəşin doğmadığı gün” adlı tədbir  keçirildi.

Şagirdlər azadlığa gedən yola həsr edilmiş səhnələr, mahnılar və kompozisiyalar təqdim etdilər.

Sonda məktəbin direktoru xalqımızın qan yaddaşında ədəbi yaşayacaq 20 Yanvar hadisələrini əks etdirən tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi, ölkəmizin qazandığı müstəqilliyini qorunub saxlanması yolunda mübariz olmağı və daha çox mütaliə etmələrini şagirdlərə tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi