Həmrəylik – milli birliyimiz
Dekabrın 29 – da məktəbdə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş “Həmrəylik – milli birliyimiz” mövzusunda ədəbi – bədii tədbir keçirildi.
Tədbir dövlət himninin səslənməsi ilə başlandı. Şagirdlərin ifasında səslənən “Azərbaycan”, “Həmrəylik” şeirləri, dostluq mövzusunda mahnılar maraqla qarşılandı.
Türkdilli xalqların dilində təbriklər səsləndi, rəqslər nümayiş olundu.
Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova müəllimləri və şagirdləri “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə təbrik etdi, onlara təhsil uğurları arzuladı.