Fəxri Fərman

         Dekabrın 25 – də Binəqədi rayon Gənclər və İdman İdarəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” proqramı çərçivəsində keçirilən məktəblilərin Bakı şəhər birinciliyində fəal iştirakına görə məktəbin komandası Fəxri Fərmanla təltif edilmişdir.

Mükafatlandırma mərasimində məktəbin komandası Binəqədi rayon məktəbliləri arasında keçirilən “Dama” birinciliyində II yer, 23 dekabr Bələdiyyə seçkilərinə həsr olunmuş “Dama” birinciliyində I yer tutduqları üçün diplom təqdim edilmişdir.

  Məktəbin komandasını qazandıqları uğura görə təbrik edir, onlara dərslərində yüksək nailiyyətlər əldə etməyi arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi