Sənədsiz məktəbli qalmasın

“Sənədsiz məktəbli qalmasın” aksiyasının əsas məqsədi şagirdlərin “Asan Xidmət “ mərkəzinə gəlmədən, vaxt itkisi olmadan müvafiq xidmətdən yararlanmalarıdır.
Dekabrın 20 – də məktəbdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Səyyar Xidmətlərin Təşkili şöbəsinin əməkdaşları tərəfindən şagirdlər üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edildi.
Valideynlər onlara göstərilən bu xidmətdən məmnun olduqlarını bildirdilər.