Mənim hüquq və vəzifələrim

Dekabrın 13 – də məktəbdə iformatika müəllimi Naidə İsayevanın təşkilatçılığı ilə insan hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Mənim hüquq və vəzifələrim” adlı dəyirmi masa keçirildi.

Tədbirdə məktəbin informatika müəllimi bildirib ki, XX əsrdə insan hüquqları sahəsində əsas sənəd 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul olunmuşdur. 18 iyun isə Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndərHeydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Dövlət hüquqlarının təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin prioritet vəzifələrindən olduğunu vurğulayıb.

6d, 8d və 9c sinif şagirdlərinin insan hüquqları və insan haqları, uşaq hüquqları haqqında Konvensiya, təhsil, azad toplaşmaq, istirahət, ailə,qadın hüquqları haqqında bilgilərini hazırladıqları divar qəzetləri ilə, təqdimatlarla nümayiş etdilər. Təqdim olunan videoçarxlar verilmiş məlumatları daha da dolğun etdi.

Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin özülünün ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi