Əsrin dahisi

Məktəbin fəaliyyət planına əsasən Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının, dövlətçilik siyasətinin, zəngin irsinin tədqiq və təbliği məqsədi ilə dekabrın 12 – də “Əsrin dahisi” mövzusunda anım günü keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəbin tarix müəllimi Rəhilə Heydərli Azərbaycan xalqının milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığı bir günlərdə xalqın tələbi ilə Heydər Əliyevin böyük siyasətə qayıdışından və Müstəqil Azərbaycanın yaranması tarixindən danışdı, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin gənclərə nümunə olan həyat yolundan bəhs edərək geniş məruzə etdi.

Sonra X – XI sinif şagirdləri arasında Ulu öndərin Azərbaycan xalqının dövlətçilik tarixindəki xidmətlərinə aid suallardan ibarət intellektual oyun keçirildi. “Qurtuluş”, “Zəfər”, “Günəş”, “Ümid körpüsü” adlı komandalar olduqca fəal idilər. İntellektual oyunda  “Qurtuluş” komandası – I yerdə,  “Zəfər” komandası – II yerdə,  “Günəş” komandası – III yerdə, “Ümid körpüsü” komandası – III yerdə qərarlaşdılar. Qalib komandalar diplomla təltif edildilər.

Anım günü 2a sinif şagirdlərinin hazırladıqları divar qəzetlərinin, məlumatlarınım təqdim edilməsi,  şeirlərin  səsləndirilməsi ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi