Kitab ən yaxşı dostdur

Dekabrın 9 – da  məktəbin rus dili müəllimlərinin təşkilatçılığı ilə Rusiya Mətbuat Mərkəzinin illik layihələrindən olan “Kniqa Yubilyara” adlı tədbir keçirildi. Tədbirdə Rusiya Mətbuat Mərkəzinin əməkdaşı Yakunina Lyubov Timofeyevna, məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak etdilər. Tədbir boyu görkəmli rus şair və yazıçılarından –İ.Krılovun, M.Y.Lermantovun yaradıcılığına, müraciət olundu, eyni zamanda Azərbaycan Xalq nağılı olan “Daşdəmirin nağılı”ndan səhnəcik, İmadəddin Nəsiminin “Hardasan”, “Məndə sığar iki cahan” qəzəlləri iştirakçıllara təqdim olundu. Azərbaycan və rus bölməsinin şagirdlərinin həvəslə hazırladıqları səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi.

Tədbirin sonunda çıxış Yakunina Lyubov Timofeyevna və məktəb rəhbərliyi rus dilinin beynəlxalq ünsiyyət dili kimi vacibliyindən, Rusiya – Azərbaycan əlaqələrindən və əməkdaşlığından şagirdlərdə bu dilə sevginin daha da təkmilləşdirməyin vacibliyindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi