Valideynin məktəbdə bir günü
Valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, valideynlərin bir gün ərzində məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin yaradılması və BŞTİ – nin 26 noyabr 2019 – cu il tarixli F.448 № - li əmrinin icrası məqsədilə dekabrın 10 – da “Valideynin məktəbdə bir günü” layihəsi yerinə yetirildi.
Tədbirin rəsmi hissəsini məktəbin direktoru Tünzalə Zeynalova açaraq məktəbin 2019 – 2020 – ci tədris ili üçün fəaliyyət istiqamətləri, hədəflərdən danışaraq görülən işlərin hesabatını verdi.
Növbəti mərhələdə valideynlər məktəbdə I – XI siniflərdə təşkil edilmiş açıq dərslərdə iştirak etdilər. Dərslərdən sonra valideynlər üçün seminarlar təşkil edildi.
Sonda valideynlər məktəblə əyani tanış olmaqla yanaşı şagirdlərin əl işləri ilə yaxından maraqlandılar.
Valideynlər məktəbədən xoş təəssüratlarla ayrıldılar.