Azərbaycanda qadın haqları – inşa müsabiqəsi

Dekabrın 7 – də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəbdə “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gəncləri gözü ilə” layihəsi üzrə müəyyən olunmuş X – XI sinif şagirdlərinin iştirakı ilə inşa yazı müsabiqəsi keçirildi.

İnşa yazı müsabiqəsində iştirak edən şagirdlərə müsabiqənin əsasnaməsində göstərilən yeddi mövzu təqdim olundu. İştirakçılar ölkəmiz üçün önəmli olan “Azərbaycanda lider qadınlar və onların formalaşmasında imkanlar, çətinliklər və maneələr”, “Təhsilin Azərbaycan qadınlarının müqəddəratına təsiri”, “Azərbaycanda köçkün qadınların göstərdiyi şücaət” mövzularına daha çox müraciət etdilər.

Müsabiqənin yekununda məktəb daxilində yaradılmış komissiya yazı işlərini qiymətləndirərək ən yaxşı işi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi