Qiymətləndirmə
Dekabrın 5 – də BŞTİ – nin tövsiyəsinə əsasən məktəbdə IX siniflər üzrə Ana dili, riyaziyyat və ingilis dili fənlərindən açıq tipli suallar əsasında qiymətləndirmə keçirildi. Məqsəd buraxılış imtahanlarının birinci mərhələsində bu tipdən olan tapşırıqlar üzərində şagirdlərin işləmək bacarıqlarını təkmilləşdirmək və inkişafa ehtiyac olan sahələri müəyyənləşdirib, onlara daha çox diqqət yetirməklə şagirdlərin nailiyyətlərinin yüksəlməsinə nail olmaqdır.
Məktəb rəhbərliyi qiymətləndirmənin obyektiv şəraitdə keçirilməsi üçün hər cür şərait yaratmış və bu sahədə işin mütəmadi keçirilməsini nəzərdə tutmuşdur.