Mənalı ömür yolu

Dekabrın 3 – də məktəbdə məktəb rəhbərliyi, müəllim və şagirdlərin iştirakı ilə  Azərbaycan xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş “Mənalı ömür yolu” adlı dəyirmi masa keçirildi. Tədbirdə şagirdlər yazıçının həyat və yaradıcılığından bəhs edən təqdimatları nümayiş etdirdilər, referatları təqdim etdilər.  Yazıçının ən məhşur əsəri olan “Dəli Kür” romanı əsasında hazırlanmış səhnəcik tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda məktəb rəhbərliyi şagirdlərə mütaliə vərdişlərini durmadan inkişaf etdirməyi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığını daha dərindən öyrənməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi