Reproduktiv sağlamlıq mövzusunda valideynlərlə iclas

    Bu gün məktəbimizdə valideynlərlə reproduktiv sağlamlığa dair iclas keçirildi. Məktəbin “Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı”sı Arzu Əliyeva  sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən nikahın fəsadları barədə ətraflı məlumat verdi. Valideynləri bu mövzuda diqqətli olmağa çağırdı. Məktəbin tibb bacısı Aytən Ələskərova isə siqaret, narkomaniya və qohumlararası nikahların fəsadları haqqında geniş məlumat verdi. Valideynlər də öz növbəsində bu mövzu haqqında fikirlərini bildirdilər.#virtualməktəb, #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi