Məktəbimizin idmançı şagirdləri müntəzəm olaraq öz qələbələri ilə bizi sevindirirlər. 11 “Ç” sinif şagirdi Rzayev Elgün də belələrindəndir. Dəfələrlə müxtəlif idman yarışlarından qələbə ilə dönən Elgün bu dəfə də Rusiyanın Rostov-Don şəhərində “Yunan-roma“ güləşi üzrə keçirilən Beynəlxalq yarışda fərqlənərək gümüş medal qazanmışdır. Onun ən böyük arzusu bayrağımızı olimpiya oyunlarında səmalara ucaltmaqdır. Biz sənə inanırıq, Elgün!
Yurdumuz hər zaman idmançıları ilə sayılıb-seçilir. Öz qələbələri ilə daim bizi sevindirən şagirdlərimizdən biri də Alim Balaşlıdır. Məktəbin 10 “D” sinif şagirdi Alim Balaşlı Gürcüstan Respublikasının Tbilisi şəhərində təşkil olunan “Yunan-Roma” güləşi üzrə Beynəlxalq yarışda iştirak etmiş, bürünc medal qazanaraq fəxri kürsüyə çıxmışdır. Uğurlarının davamını diləyirik.