Şahmat turniri Suraxanı rayonu tam orta məktəblərin şagirdlərindən ibarət komandalar arasında Ümümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirildi. Suraxanı rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan turnirdə məktəb komandamız 2-ci yerə layiq görüldü. Rəhbəri Nihalə Hüseynovanın olduğu komandamızın fəal iştirakçıları 6 "E" sinif şagirdi Davıdzadə Kənan və Qasımov Elnur, 3 "D" sinif şagirdi Fətullayev Mikayıl və Hacıyeva Məhsəti, 3 "B" sinif şagirdi Babazadə Aysunun oyun zamanı göstərdikləri aktivlik olduqca yüksək qiymətləndirildi.
Qəndab Məmmədova Respublika Fənn Olimpiadasında1-ci yerə layiq görüldü Şagirdimiz növbəti uğura imza atdı. Belə ki, 10 "A" sinif şagirdi Qəndab Məmmədova Respublika Fənn Olimpiadasında astronomiya üzrə 1-ci yerə layiq görüldü. Qəndabın zəhmətkeşliyi, onun müəllimi olan məktəbimizin direktoru Südabə Abdullayevanın təcrübə və savadlı pedaqoqluğu sayəsində ərsəyə gələn bu gözəl nəticə məktəb heyətinin böyük sevincinə səbəb oldu.
"Əziz şuşa sən azadsan" adlı rəsm müsabiqəsi Şuşa ili çərçivəsində keçirilən "Əziz şuşa sən azadsan" adlı rəsm müsabiqəsində fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olundu. Aşağıda adları qeyd olunan şagirdlər təltif olundu. Belə ki, Mehdizadə Hüseyn, Əsədova Xanım, Mirzəyeva Sima, Əbdürrəhimli Ayan, Əlizadə Xədicə, Xəlilli Nigar, Vəliyeva Mələk, Nəsibli Leyla, İbrahimov Hamlet, Rəhmətova Regina, Şəfəqqətli Rüqəyya, İlyaslı Aydan, Quliyeva Şəfiqə, Abdullayeva Məlahət müsabiqə zamanı fəal iştiraklarına görə mükafatlandırılıblar.