"Əbədiyaşar lider" adlı əl işlərindən ibarət sərgi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq "Əbədiyaşar lider" adlı əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Direktor müavini Aygün Fərzəliyevanın təşkilatçılığı əsasında baş tutan müsabiqə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilib. Sərgidə nümayiş olunan işlər arasında maraqlı iştirakçılar müəyyənləşdirilib. Nəticələrə uyğun olaraq bu gün şagirdlərin mükafatlandırma mərasimi baş tutdu. Şagirdlər Fəxri Fərmanla təltif olundular.
"Ailəm və Məktəbim"layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-145 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən "Ailəm və Məktəbim"layihəsi çərçivəsində valideyn və şagirdlərin birgə fəaliyyətini əks etdirən əl işlərindən sərgi təşkil olundu. Layihə çərçivəsində fəal iştirak edən valideyn və şagirdlər Fəxri Fərmanla təltif olundu.
Əlihüseyn Mehdizadə və Zaur Qasımovun uğuruSinqapur və Asiya məktəblilərinin Beynəlxalq Riyaziyyat Olimpiadasında
(Singapore and Asian Schools Math Olympiads) 279 nömrəli məktəbin şagirdləri- II siniflər üzrə Əlihüseyn Mehdizadə gümüş, Zaur Qasımov bürünc medal qazanıblar.