Raulun uğuruMəktəbimizin şagirdi Raul SASMO-da Gümüş medala layiq görülmüşdür.
Məmmədova Qəndabın uğuru Fizika fənni üzrə Respublika Fənn Olimpiadasının nəticələrinə əsasən 10 "A" sinif şagirdimiz Məmmədova Qəndab Şaiq qızı uğur qazanaraq gümüş medala layiq görülmüşdür. Qeyd edək ki, Qəndabın bu uğurunda onu müsabiqəyə hazırlaşdıran fənn müəllimi direktor Südabə Abdullayevanın rolu danılmazdır.
Rəhimli Leylanın uğuru Məktəbimizin 3 "Ç" sinif şagirdi Rəhimli Leyla qazandığı uğur ilə məktəb heyətinin sevincinə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Çerlidinq Federasiyası üzrə keçirilən yarışda 1-ci yerə layiq görülmüşdür.