Nailiyyətlərimiz

Şagirdimizin uğuru  Suraxanı Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayon ümumtəhsil məktəbliləri arasında "Qanlı yanvar" mövzusunda keçirilmiş video- çarx müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Mükafatlandırma mərasimində məktəbimizin 10 "A" sinif şagirdi Fərzəliyeva Tamilla fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

"Bahar nəfəsi" adlı rəsm, ən gözəl əl işi müsabiqə qalibləri  Suraxanı Gənclər Evi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə "Novruz bayramı"na həsr olunmuş "Bahar nəfəsi" adlı rəsm, ən gözəl əl işi müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Mükafatlanndırma mərasimində məktəbimizdən 11 nəfər şagirdimizin bir qrupu 1, 2, 3-cü yer tutduğuna görə Diplomla, digərləri isə fərqləndiyinə görə isə Fəxri Fərmanla təltif olunmuşlar. Həmin istedadlı şagirdlərimiz-  Şahmuradov Murad ( I yer- Diplom), Quliyeva Şəfiqə  (I yer- Diplom), Abdullazadə Ayşən  (I yer-Diplom),  Nağıyeva Aysun ( I yer- Diplom), Quliyeva Leyla ( II yer- Diplom), Ağayeva Zümrüd ( II yer- Diplom), Mustafayev Sənan (II yer- Diplom), Fərzəliyeva Tamilla( Fəxri Fərman), Xələfli Nigar- (Fəxri Fərman) Rəsulzadə Ayan (Fəxri Fərman), Hüseynova Zəhra ( Fəxri Fərman)- qürur mənbəyimizdir. 

"Əbədiyaşar lider" adlı inşa-yazı müsabiqəsi  10 May Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq "Əbədiyaşar lider" adlı ibtidai sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi təşkil olunmuşdur. Direktor müavini Aygün Fərzəliyevanın təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Tamilla Vəliyeva və Kəmalə Rəhimovanın münsif seçimi əsasında baş tutan müsabiqə zamanı düzgün yazı bacarıqlarını nümayiş etdirən, diqqət çəkən, maraqlı iştirakçılar müəyyənləşdirilib.Nəticələrə uyğun olaraq bu gün şagirdlərin mükafatlandırma mərasimi baş tutdu. Şagirdlər münsiflər heyətinin qərarına əsasən Diplom, Fəxri Fərman və Təşəkkürnaməyə layiq görülərək təltif olundu.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Abdurrahmanlı Ramiz

Məmmədli İ İbrahim Şaiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi