Nailiyyətlərimiz

Şagirdimiz Həsənov Əli Sertifikatla təltif olunmuşdur  Şagirdimiz Həsənov Əli Sertifikatla təltif olunmuşdur. Belə ki, 4 "C" sinif şagirdi Həsənov Əli "Texnofest Azərbaycan 2022" layihəsi çərçivəsində STEMART robotika və proqramlaşdırma mərkəzi tərəfindən keçirilən robotika masterklasında uğurlu iştirakı təqdir edilmişdir.

Əl işlərindən ibarət sərgi  "Şuşa ili" ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022- ci ilin " Şuşa ili " elan olunması ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin 31 mart 2022 ci il tarixli F- 121 nömrəli əmri ilə təsdiq olunmuş " Fəaliyyət Planı" nın 4-cü bəndinə uyğun olaraq əl işlərindən ibarət sərgi təşkil olundu. Şuşa ili çərçivəsində keçirilən "Əziz şuşa sən azadsan" adlı əl işlərindən ibarət sərgidə fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olundular.

Ən yaxşı divar qəzeti" müsabiqəsi   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq "Heydər Əliyev irsinin tədqiqi və təbliği" adlı "Ən yaxşı divar qəzeti" müsabiqəsi elan olunmuşdur. Direktor müavini Aygün Fərzəliyevanın təşkilatçılığı əsasında baş tutan müsabiqənin əsas məqsədi Heydər Əliyev irsinin təbliği, Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən böyük siyasi təcrübəyə, zəngin dünyagörüşünə malik dahi insanın gördüyü əvəzolunmaz işləri yaymaq, eyni zamanda, bütün şagirdlərin bəhrələnməsini təmin etməkdən ibarətdir.   Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.   Nümayiş olunan divar qəzetləri arasında maraqlı iştirakçılar müəyyənləşdirilib. Nəticələrə uyğun olaraq bu gün şagirdlərin mükafatlandırma mərasimi baş tutdu. Şagirdlər Fəxri Fərmanla təltif olundular.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Murad Məmmədli Eldar

Yasin Abbaslı Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi