Böyük Summativ Qiymətləndirmələr keçirilir

2024-2025-ci tədris ilinin II yarımil üzrə böyük summativ qiymətləndirmələri keçirilir. Böyük summativ qiymətləndirmələr IV-XI siniflər üzrə təşkil olunur. Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Şəffaf şəkildə nəzarətçilərin ciddi nəzarəti altında xüsusi qrafikə əsasən keçirilən böyük summativ qiymətləndirmələrin nəticələri 100 ballıq şkala ilə ölçülür.