"Müstəqilliyimiz əbədidir!" adlı dəyirmi masa

Məktəbdə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə çıxış edən şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun dövlətçilik ənənələrimizdəki yeri və rolu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs etdilər. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə Azərbaycanın qazandığı uğurlar vurğulanıb. Həmçinin bildirilib ki, müstəqilliyimiz dönməz və əbədidir. Bu gün sürətli inkişaf yolunda inamla addımlayan, tarixi Zəfər zirvəsinə ucalan Azərbaycan regionun lider dövlətinə çevrilib. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz qarşıdakı dövrlərdə də yeni-yeni böyük nailiyyətlər, qələbələr əldə edəcəkdir.