Pedaqoji Şuranın yekun iclası keçirildi

2024-2025-ci tədris ilinin yekun Pedaqoji şura iclası keçirildi. Gündəlikdə duran məsələlər haqqında məktəbin direktoru Sevinc Hüseynova məlumat verdi. Direktor müavinləri tədris ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX-XI siniflərin buraxılış imtahanlarının və III sinif şagirdlərinin monitorinq nəticələrini pedoqoji kollektivin nəzərinə çatdırdılar. Psixoloq məktəbdə psixoloji işlərin və tərbiyə işlərinin təşkili, şagirdlərin uğurları, digər cari məsələlər haqqında danışdı. Metodbirləşmə rəhbərlərinin,hərbi rəhbərin,kitabxana müdirinin illik hesabatları dinlənildi. Gələcək tədris ili ilə bağlı müəyyən məsələlər haqqında müzakirələr olundu. Məktəbin direktoru Sevinc Hüseynova çalışmanın yaş həddinə çatmış və məktəbin ictimai işlərində uğur qazanmış müəllimləri təbrik etdi.