Bakı şəhəri Suraxanı rayonu Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəb 1987 - ci ildən fəaliyyətə başlayıb. Məktəb 2008-ci ildə cari təmir olunub. Məktəbdə hal-hazırda 2028 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 129 müəllim məşğul olur. 278 nömrəli tam orta məktəb beynəlmiləl məktəbdir, burada Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. 2008-ci ildən 1-ci siniflərdə iki xarici dil: ingilis və rus dili tədris olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2012- ci ildə "İlin Ən Yaxşı Məktəbi" adına layiq görülüb. Məktəbdə 2 informatika kabineti fəaliyyət göstərir. Müasir avadanlıq və cihazlarla təmin olunmuş fizika, kimya kabinetləri şagirdlərin ixtiyarına verilmişdir. Kitabxananın kitab fondu 7 219 bədii ədəbiyyat və 21 764 dərslik olmaqla cəmi 28 983 kitab təşkil edir. Şagirdlərimiz fənn olimpiadalarında iştirak edərək rayon və respublika səviyyəsində I, II və III yerlərə layiq görülmüşdür. 2015-2016-cı tədris ilində məktəbin 108 məzunundan 101 nəfər ali məktəblərə sənəd verib, onlardan 68 nəfəri qəbul olunub, 8 nəfəri isə 600-dən yuxarı bal toplayıb. 2016-2017ci tədris ilində məktəbin 86 məzunundan 62 nəfər ali məktəbə qəbul olunub, 7 nəfər 600-dən yuxarı bal toplayıb, 1 nəfər isə Əhmədova Pərvin Mətləb qızı 700 bal toplayaraq ADA Universitenin tələbəsidir. 2017-2018-ci tədris ilində 100 məzundan 87 nəfər ali məktəbə sənəd verib, onlardan 67 nəfər qəbul olunub, 6 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
2020-2021-ci tədris ilində məktəbin 86 nəfər məzunundan 63 nəfəri ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuşdur. Onlardan 4 nəfər şagird 600 -dan yuxarı bal toplamışdır.
Tam orta təhsil səviyyəsi üzrə məktəbi 4 nəfər məzun fərqlənmə attestatı ilə bitirmişdir. 2021-2022-ci tədris ilində məktəbi 112 nəfər şagird bitirmişdir. Onlardan 75 nəfəri ölkənin müxtəlif ali təhsil müəssisələrinə daxil olmuşdur. Məzunlardan 4 nəfəri 600-dan yuxarı bal toplamışdır. Orta təhsil səviyyəsi üzrə isə 2 nəfər şagird fərqlənmə attestatı almışdır. Bundan başqa müxtəlif olimpiada və müsabiqələrdə məktəbin şagirdləri uğurlar qazanmışdır.
Tam orta təhsil səviyyəsi üzrə məktəbi 2 nəfər məzun fərqlənmə attestatı ilə bitirmişdir. 2022-2023-cü tədris ilində məktəbi 138 nəfər şagird bitirmişdir. Onlardan 82 nəfəri ölkənin müxtəlif ali təhsil müəssisələrinə daxil olmuşdur. Məzunlardan 2 nəfəri 600-dan yuxarı bal toplamışdır. Orta təhsil səviyyəsi üzrə isə 2 nəfər şagird fərqlənmə attestatı almışdır. Bundan başqa müxtəlif olimpiada və müsabiqələrdə məktəbin şagirdləri uğurlar qazanmışdır.