1 Iyun "Beynəlxalq uşaqlar günü"

    30 may 2025-ci il tarixində məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Suraxanı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və 278 nömrəli tam orta məktəbin dəstəyi ilə "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş aşağı sinif şagirdləri arasında “șən startlar” əyləncəli idman tədbiri keçirildi. Məktəbin direktoru Sevinc Hüseynova, Suraxanı rayonu üzrə gənclər və idman sektorunun müdiri Amil Bağırov, sektorun baş məsləhətçisi Rəşid Heydərov, 278 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimləri Nadir Məmmədov və Murad Səfərov iştirak etmişlər. Əyləncəli tədbir başa çatdıqdan sonra iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə və bayraqlar təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi