Badminton yarışında qələbə qazanıldı

27 may 2025-ci il tarixində 87 saylı tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Badminton Federasiyası və 87 saylı tam orta məktəbin dəstəyi ilə 28 may-Müstəqillik Gününə həsr olunmuş Suraxanı rayon təhsil işçiləri arasında badminton idman növü üzrə rayon turniri təşkil edilmişdir.Turnirdə 14 tam orta məktəb komandası mübarizə aparmışdır. Turnirin yekun nəticəsinə əsasən:
1-ci yer: 278 nömrəli tam orta məktəb;
2-ci yer: 118 nömrəli tam orta məktəb;
3-cü yer: 84 nömrəli tam orta məktəb.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları, həmçinin sertifikatları təqdim olunmuşdur.
Məktəbin fiziki tərbiyə müəllimləri Səfərov Murad və Aytən Kərimovanı qazandıqları uğura görə ürəkdən təbrik edirik.