TQDK –nın 2008-2012-ci il üzrə statistik məlumatları2008/2009 –cu dərs ilində ali məktəblərə 161 məzun sənət vermiş onlardan 82 nəfəri ali məktəbə qəbul olmuşdur .
13 nəfər 500-700 arasında bal toplamış 5 nəfər isə 600- dən yuxarı bal toplamışdır.
Məktəbimiz üzrə ali məktəbə qəbul planı 51,1 %-i yerinə yetirmişdir.
Məzunlardan Əhmədzadə Gülsurə Canəhməd qızı, Hüseynova Nərgiz Eldar qızı fərqlənmə atestatları alaraq ali məktəbə qəbul olmuşlar
. N. Hüseynova – (ATU) Prezident təqayüdünə layiq görülmüşdür.
TQDK-nın nəticələrinə görə 2009/2010- cu dərs ilini bitirmiş 159 şagirddən 157 nəfəri ali məktəbə sənəd vermiş, onlardan 92 nəfər şagird dövlət və qeyri-dövlət ali məktəblərinə daxil olmuşlar.
11 şagird 600-dən artıq bal toplamışlar. Bu rəqəm isə ötən tədris ilindən iki dəfə çoxdur.
Əbülhəsənli Səbuhi Nurəddin oğlu 690 bal toplayaraq prezident təqaüdünə layiq görülmüşdür (Qafqaz Universiteti).
Bu münasibətlə məktəbin pedaqoji kollektivi təhsil sahəsində qazandığı uğurlara görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov, BŞTİ-nin müdiri Nailə xanım Rzaquliyeva tərəfindən fəxri fərman və diplomlarla təltif edilmişdir.
TQDK- nın məlumatına əsasən 2001 -2010 - cu illər ərzində məktəb üzrə 49 məzunu 600 –dən çox bal toplamışdır.
2010/2011 –ci dərs ilində 6 nəfər 600 –dən yüksək bal toplamışdır.
2011/2012 –ci il məktəbimizdən 143 şagird məzun olmuşdur. Məzunlardan 94 nəfəri ali məktəbə qəbul olunmuşdur. 94 nəfərdən 5 şagird 600-dən yüksək, 11 şagird 500-dən yüksək, 20 nəfəri isə 400-dən yüksək bal toplamışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin təşkil etdiyi məktəblilər arasında “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” yaradıcılıq müsabiqəsinin II turunda veb saytlar üzrə nominasiyasında III yer tutduğuna görə məktəbimizin şagirdi Məmmədzadə Özal Şahvələd oğlu Fəxri Fərmanla təltif olunmuşdur.
Məktəbimizin IXE-sinif şagirdi İsmayılova Ayşel Arzu qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadada iştirak etmiş,respublika turunda IV yer, XIK-sinif şagirdi Bilalova Aynur Vüqar qızı məktəblilərin fənn olimpiadasını şəhər mərhələsində “Biologiya”fənni üzrə I yeri, Respublika turunda IV yeri tutmuşdur.
Şagirdlərin 2008/2012 –ci illərdə idman yarışlarında iştirakıMəktəbin şagirdi Məmmədli Cavid 2008 –ci ildə “Yeniyetmələr, Gənclər və Böyüklərarası TSU ŞİN GEN Karate Sistemi üzrə” I Açıq Bakı Çempionatında 9-10 yaş 35 kq çəki dərəcəsində I yer, Dünya Budo Federasiyası Asiya və Azərbaycan Təmsilçiliyinin Enşin Karate üzrə keçirdiyi filiallararası açıq çempionatda Enşin karate sistemində >18 yaş 35 kq çəki dərəcəsində I yer, Dünya Budo Federasiyası Asiya və Azərbaycan Təmsilçiliyinin Bakı şəhərində keçirdiyi Sabaki Jitsu karate üzrə I açıq Respublika Çempionatında 9-10 yaş 30+ kq çəki dərəcəsində I yer, 2009 –cu ildə “Yeniyetmələr, Gənclər və Böyüklərarası Sayokan döyüş növünün Soyuq silahdan istifadə sistemi üzrə I Açıq Novruz Turnirində II yeri tutmuşdur. Məmmədli Cavid Sayokan döyüş növləri mərkəzinin 2009 –cu ilin nəticələrinə görə yeniyetmələrarası ilin döyüşçüsü naminasiyasına layiq görülmüşdür. 2010 –cu ildə Azərbaycan xalqının Ümummilli lideri Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 87 illiyi münasibəti ilə yeniyetmə və gənclər arasında “Saykon döyüş növünün aypara sistemi üzrə” keçirilən turnirdə 35+ kq çəki dərəcəsində I yeri, Azərbaycan Respublikası Daydo –Djoko üzrə II Açıq çempionatı Kudo uşaqlar 180 I yeri , 2010 –cu ildə Sayokan “C” döyüş sistemi üzrə I açıq birinciliyində 11 -12 yaş 35 kq çəki dərəcəsində I yeri , 2011 – ci ildə İranın Tehran şəhərində keçirilən yarışda 13 -15 yaş 45 kq çəki dərəcəsində II yeri tutmuşdur.
Muradov Valid 2010 –cu ildə Free –Fighting idman növü üzrə turnirdə 30 kq çəkidə II yeri tutmuşdur.
Zeynalov Tural 1997 -1998 –ci il təvəllüdlü gənclər arasında “Vətən” RİOEUG Futbol məktəbinin açıq turnirində II yer tutmuşdur.
Rəsulzadə İsmayıl Free –Fighting idman növü üzrə 14 -16 yaş 60 kq 2010 –cu ilin iyun ayında III yeri, avqust ayında keçirilən yarışda isə I yeri tutmuşdur.
Axundov Əli 2010 –cu ildə taekvando üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyinə, Ümumrespublika turnirində III yerə, Gürcüstan Respublikasında keçirilən yarışda II yerə layiq görülmüşdür. “Fərasət” Taekvando klubunun açıq çempionatında mayın 23-ü II yeri, 30 may tarixində isə III yeri tutduğuna görə diplomla təltif edilmişdir. “Təhsil” Respublika İdman Mərkəzinin açıq Respublika birinciliyində 49 kq çəki dərəcəsində I yeri tutmuşdur.
2011 –ci ildə İbrahimov Seymur Cüdo üzrə “Ruslan” idman Sağlamlıq Mərkəzinin açıq birinciliyində 1994 -1995 –ci il təvəllüdlü cüdoçular arasında 73 kq çəki dərəcəsində III yerə, 1995-1996 -cı ildə 60 kq çəki dərəcəsində III yerə, Sumo üzrə Bakı şəhər açıq Birinciliyində I yerə layiq görülmüşdür.
Heydərov İlham akrobatika gimnastikası üzrə çıxış etmiş, III yeri tutmuşdur və Sərhədçi İdman Olimpiya Mərkəzi tərəfindən diplomla təltif olunmuşdur.
Məktəbin 2011/2012 –ci dərs ilində 9E sinif şagirdi Rzayev Zöhrab “Sərhədçi” İdman Olimpiya Mərkəzinin Cüdo güləşi üzrə yeniyetmələr arasında keçirdiyi birinciliyində 50 kq çəki dərəcəsində III yer tutduğuna görə Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti “Sərhədçi” İdman olimpiya mərkəzi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Məktəbin 9E sinif şagirdi Rzayev Zöhrab Respublikanın əməkdar məşqçisi Qeorqi Qeorqiviç Camlaşvilinin xatirəsinə həsr olunmuş “ Cudo” üzrə 1998- 2000-ci il təvəllüdlü idmançıların II Respublika turnirində 50 kq çəki dərəcəsində III yer tutduğuna görə diplomla təltif olunmuşdur. 18 0ktyabr Müstəqillik Gününə həsr olunmuş cüdo üzrə Bərdə şəhər açıq birinciliyində 50 kq çəkidə I yeri tutmuşdur.
2011 –ci ildə Suraxanı rayon orta ümumtəhsil məktəblilərinin XXIII Spartakiadasının proqramına daxil olan qızlar arasında “ Basketbol” idman növü üzrə rayon birinciliyində 275 saylı Məktəbin komandası II yerə layiq görüldüyünə görə Diplomla təltif olunmuşdur.
2012 –ci il məktəbin 7A sinif şagirdi Abdullayev Azər Fariz- 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş “ Lider” idman klubunun açıq birinciliyində Yunan – Roma güləş növü üzrə 46 kq çəki dərəcəsində III yeri tutduğu üçün “Lider” idman kulubu tərəfindən diplomla təltif olunmuşdur. Abdullayev Azər – Yunan –Roma Güləşi üzrə 1998-2000-ci il təvəllüdlü idmançılar arasında 6 saylı UGGİM-nin açıq birinciliyində 51 kq çəki dərəcəsində II yeri tutduğu üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin 6№li uşaq gənclər güləş idman məktəbi tərəfindən diplomla təltif olunmuşdur.
275 saylı məktəbin komandası “Cəsurlar” Hərbi –İdman və turizm oyunları üzrə rayon birinciliyində IV yeri tutduğuna görə Suraxanı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.
Məktəbin 2010/2015-ci illər ərzində nailiyyətləri600-dən yuxarı bal toplayan məzunların sayı:
1) 2010-cu il - 12 nəfər
2) 2011-ci il - 6 nəfər
3) 2012-ci il - 5 nəfər
4) 2013-cü il - 6 nəfər
5) 2014-cü il - 9 nəfər
ÜMUMİ MƏZUNLARIN SAYI:
1) 2010-cu il - 164 nəfər
2) 2011-ci il - 157 nəfər
3) 2012-ci il - 121 nəfər
4) 2013-cü il - 128 nəfər
5) 2014-cü il - 139 nəfər