
- Elnur Hüseynov İsmayıl
- Vəzifə: Direktor
- Fənn: Azərbaycan tarixi, Tarix, Qarabağ tarixi, Zəfər tarixi
- Bitirdiyi təhsil müəssisəsi: Lənkəran Dövlət Universiteti
- Təvəllüd: 12.04.1976
- İlk fəaliyyət ili: 15.07.2019
- E-mail: [email protected]
Hüseynov Elnur İsmayıl oğlu 1976-cı ilin aprelin 12-də Lənkəran rayonu Şaqlaser kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. 1994-2000-ci illərdə Lənkəran Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavr və magistratura pilləsində ali təhsil almış və universiteti qırmızı diplomla başa vurmuşdur. 2001-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2011-ci ildə Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Pedaqoji fəaliyyətinə 1998-ci ildə doğma məktəbi Şaqlaserdə başlamış, 2001-ci ildən isə AMEA-nın Tarix İnstitutunda kiçik elmi işçi, daha sonra elmi işçi kimi çalışmışdır. Tarix İnstitutunda işlədiyi müddətdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda (2003), Qərb Universiteti nəzdində Orta Məktəbdə (2008-2009) ixtisası üzrə müəllim işləmişdir. 2011-ci ilin sentyabrından etibarən sırf təhsil sahəsində çalışmağa başlayaraq Avropa Azərbaycan Məktəbində (2011-2012), 22 №li orta məktəbdə (2013), Xəzər Universiteti Dünya Məktəbində (2013-2015), Xəzər Universitetində (2014) tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 2015-ci ilin sentyabrından Sabunçu rayonu X.Vəliyev adına 75 №li tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 2009-2015-ci illər arasında Azərbaycanın müxtəlif bölgələrində müəllimlərə, müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi, fənn kurikulumlarının tədrisi, fəal-interaktiv təlim kimi təlimləri tədris etmişdir. İyirmidən artıq elmi məqalənin, “Azərbaycan Nadir şah Əfşarın hakimiyyəti dövründə” monoqratiyasının müəllifi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.04.2015-ci il tarixli 469 nömrəli əmri ilə təsdiq edilmiş ümumtəhsil məktəblərinin 7-ci sinif üçün “Ümumi Tarix” dərs vəsaitinin (dərslik komplektinin), Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün Ümumi tarix və Azərbaycan Tarixi fənni üzrə dərslik və metodik vəsaitlərinin həmmüəllifidir.Bununla yanaşı Ümumtəhsil məktəblərinin 11-ci sinif üçün Ümumi tarix və Azərbaycan Tarixi fənni üzrə dərslik və metodik vəsaitlərinin həmmüəllifidir. Azərbaycanda, Rusiyada, Türkiyədə və İranda keçirilən beynəlxalq elmi praktik konfranslarda çıxışlar etmişdir. Ailəlidir, üç övladı var.
Əlaqəli xəbərlər
10-cu Bakı Beynəlxalq Kitab Sərgisi
Pedaqoji Şuranın iclası keçirildi