Pedaqoji Şuranın iclası keçirildi

Pedaqoji Şuranın iclası keçirildi

13sentyabr tarixində 2024-25-ci tədris ilinin ilk pedaqoji şura iclası keçirldi. Iclası məktəbin direktoru Elnur Hüseynov giriş sözü ilə açaraq pedaqoji heyəti salamladı, ardınca 2023-2024-cü tədris ilində görülmüş işlər və onların nəticələri, qarşıda duran məsələlər, həmçinin Elm və Təhsil Nazirliyinin müvafiq təlimat və tövsiyələri ilə kollektiv üzvlərini tanış etdi.Eyni zamanda 16 sentyabr tarixində ilk dərslərin "Yaşıl Dünya naminə həmrəylik" ilinə həsr olunmasını müəllimlərin diqqətinə çatdırdı.Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Afaq Səfərova və Aynurə Məmmədova 2023-2024-cü tədris ilində buraxılış siniflərinin təlim nəticələrini əvvəlki illərlə müqayisəli şəkildə məruzə etdi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Sadıqova ibtidai siniflərdə təlim nəticələri,ötən tədris ilində 4-cü siniflərin monitorinq nəticələrinin təhlili və rəqəmsal bacarıqlar haqqında məruzə etdi. Iclasda təşkilatçı Zülfüqarova İradə şagird davranış qaydaları,məktəbli formaları,sinif rəhbərinin fəaliyyət planı haqqında müəllimləri bir daha məlumatlandırdı.

Bununla yanaşı məktəbin direktoru Elnur Hüseynov yeni təyin olunmuş gənc müəllimləri kollektivə təqdim edərək onlara uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi