HAQQIMIZDA

Ə.A.Eyvazov adına 275 №-li məktəb 1986-cı ildə yaranmışdır. Məktəb birtiplidir. Tam orta ümumtəhsil məktəbidir. Otaqlarının ümumi sayı 61-dir, bunlardan 41-i sinif otağı, digərləri tədris emalatxanası,idman zalı, idman meydançası, kitabxana, akt zalı, tibb otağı, yeməkxanadır. Təhsil alanların sayı 2142, təhsil verənlərin sayı 163 nəfərdir. 3 nəfər fəxri ada layiq görülmüş müəllim işləyir. 2007/2008 – ci və 2012/2013-cü tədris illərində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbimizin müəllimləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin, BŞTİ-nin müxtəlif nominasiyalar üzrə keçirdiyi müsabiqələrdə fəal iştirak etmiş və nəticədə məktəbin 10-a yaxın müəllimi I, II, III, dərəcəli diplomlara layiq görülmüş, iki dəfə isə məktəb «Yaradıcı fəaliyyəti ilə fərqlənən təlim-tərbiyə müəssəsi» müsabiqəsində I və II dərəcəli diploma layiq görülmüşdür. Məktəbin məzunlarının qəbul olma faizi orta respublika göstəricisindən çox yüksəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi