Kiçik Akademiya

Kiçik akademiyanın üzvləri kimyəvi təcrübələr keçirdilərKiçik akademiyanın üzvləri kimyəvi təcrübələr keçirdilər. Təcrübələr: Dəmir ionlarının təyini reaksiyaları,qələvilərin,turşuların indiqatorlara təsiri. Elmi rəhbər: İbrahimova Aysel.

Ətraflı

Kiçik akademiyanın fəaliyyəti davam edirKiçik akademiyanın fəaliyyəti çərçivəsində şagirdlərimizin təcrübələri,araşdırmaları davam edir.Bu dəfə aparılan tədqiqatın mövzusu dərman bitkiləri,onların faydaları,xalq təbabətində istifadə üsullarına həsr olunmuşdur. Elmi rəhbər: Səfərəliyeva Könül

Ətraflı

Kiçik akademiyanın fəal üzvləri divar qəzetləri hazırladılarKiçik akademiyanın fəal üzvləri məktəbin fəaliyyət planına uyğun olaraq ingilis dili fənn aylığı çərçivəsində bir-birindən maraqlı divar qəzetləri hazırladılar.

Ətraflı

Kiçik akademiyanın fəaliyyətiKönül Səfərəliyevanın rəhbərliyi ilə Kiçik akademiya fəaliyyətini davam etdirir.Belə ki, texniki fənləri sevən şagirdlərimiz kimya -biologiya fənn aylığı çərçivəsində müxtəlif divar qəzetləri hazırlayıb, təqdimatlarla çıxış etdilər.

Ətraflı

İdman həftəsi çərçivəsindəKiçik akademiyanın üzvləri idman həftəsi ərzində bir -birindən maraqlı divar qəzetləri hazırladılar.

Ətraflı

“Kiçik Akademiya”nın  seminarı keçirildiBakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.04.2021-ci il tarixli, F-103 nömrəli əmri və məktəbin fəaliyyət planına uyğun olaraq, “Kiçik Akademiya”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlər davam edir. Məqsəd, yaradıcılıq və eımi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə fəaliyyətin gücləndirilməsi,şagirdlərdə elmi-dünya görüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaqdır. Bu gün kiçik akademiya prezidenti Könül Səfərəliyevanın rəhbərliyi ilə akademiyanın üzvləri biologiya fənnindən öz bilik və bacarıqlarını nümayış etdirdilər.

Ətraflı

“Kiçik Akademiya”nın  hesabat tədbiri keçirildi.“Kiçik Akademiya”nın  hesabat tədbiri keçirildi.      Məqsəd  “Kiçik Akademiya”nın fəaliyyətinin təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdləri yerli və beynəlxalq olimpiadalarda iştirak etməyə sövq etmək, onlarda təqdimat etmə bacarığının formalaşdırmaqdır.

Ətraflı

Kiçik akademiyanın üzvləri planetlər sistemini müşahidə etdilərKiçik akademiyanın üzvləri Humay müəllimin rəhbərliyi ilə planetlər sistemini müşahidə etdilər Onlar teleskopla tanış olub,Yupiter, Saturn, Mars və Uran planetlərini müşahidə etdilər. Harun Kərimli planetlər haqqında ətraflı məlumat verib, yoldaşları ilə fikir mübadiləsi apardı.Şagirdlərin axşam yığışmalarının səbəbi göy üzünü daha yaxşı müşahidə etmək idi.Ayı tam görmək üçün şagirdlər dekabr ayının 9-da yenə müşahidələrini davam etdirəcəklər.

Ətraflı

Superay hadisəsi müşahidə olunduSuperay hadisəsi müşahidə olundu Yay tətili olmasına baxmayaraq Kiçik akademiyanın üzvlərinin maraqlı təcrübələri davam edir. Beləki bu gün superay hadisəsi baş verəcək.Kosmik hadisəni Bakı vaxtı ilə saat 22:00-dan sonra izləmək mümkün olacaq.Məlumata görə, saat 13:09-da Ay Yerə 357 263 km yaxınlaşaraq 2022-ci il üzrə minimal məsafədə, peykin görünən diametri isə 33 dəqiqə 27 saniyə olacaq. Dolunay (Ayın fazası) hadisəsi isə 22:38-də baş verəcək.Qeyd edək ki, superay dolunay və ya yeni ayın perigeylə - Ay və Yerin bir-birinə ən yaxın olduğu anla üst-üstə düşdüyü zaman baş verən hadisədir. Bu, Ayın üzərində planetimizin ətrafında fırlandığı elliptik orbitdən qaynaqlanır. Bu fenomen sayəsində Yerdən Ayı adi haldan daha böyük ölçüsünü görmək mümkün olur. Bu məqsədlə IV"e" sinif şagirdi Harun Kərimli öz teleskopu ilə dəniz kənarı parkda superayı müşahidə edib maraqlı fotolar çəkdi. Astronomiyaya böyük marağı olan Haruna valideynləri həmişə dəstək olur.

Ətraflı

Kiçik akademiyanın üzvləri mövzuya uyğun olaraq divar qəzetləri hazırladılarBakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2021-ci il tarixli F-85 nömrəli əmrinə əsasən “Bahar çələngi” layihəsinin icrası ilə bağlı Tədbirlər Planının 2-ci bəndinə müvafiq olaraq Kiçik akademiyanın üzvləri mövzuya uyğun olaraq divar qəzetləri hazırladılar.

Ətraflı

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Kiçik akademiyanın üzvlərinin hazırladığı posterlər.Təhsil Nazirliyinin 14 fevral 2022-ci il tarixli F-81 və BŞTİ-nin 14 fevral 2022-ci il tarixli F-63 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Kiçik akademiyanın üzvlərinin hazırladığı posterlər.

Ətraflı

Kiçik akademiyanın seminarı keçirildi.Bakı şəhəri üzrə təhsil idarəsinin 30.04.2021-ci il tarixli, F-103 nömrəli əmri və məktəbin fəaliyyət planına uyğun olaraq, “Kiçik Akademiya”nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlər davam edir. Məqsəd, yaradıcılıq və eımi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə fəaliyyətin gücləndirilməsi,şagirdlərdə elmi-dünya görüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaqdır. Bu gün akademiya prezidenti Arzu Əliyarova və akademiya üzvlərinin növbəti seminarı keçirildi. Seminarda VII, VIII ,X sinif şagirdləri özlərinin yeni işlərini təqdim etdilər. Mövzu ətrafında müzakirələr, diskusiya aparıldı. Şagirdlər təqdimatlarla bağlı öz yoldaşları ilə fikir mübadiləsi etdilər. Arzu Əliyarova şagirdlərə təqdimatlarını təkmilləşdirmək üçün tövsiyyələrini verdi və onlara işlərində uğurlar arzuladı.

Ətraflı
HAQQIMIZDA

Ə.A.Eyvazov adına 275 №-li məktəb 1986-cı ildə yaranmışdır. Məktəb birtiplidir. Tam orta ümumtəhsil məktəbidir. Otaqlarının ümumi sayı 61-dir, bunlardan 41-i sinif otağı, digərləri tədris emalatxanası,idman zalı, idman meydançası, k...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Kərimova Vəfadar

Pərvin Həsənzadə Füzuli

HAQQIMIZDA

Ə.A.Eyvazov adına 275 №-li məktəb 1986-cı ildə yaranmışdır. Məktəb birtiplidir. Tam orta ümumtəhsil məktəbidir. Otaqlarının ümumi sayı 61-dir, bunlardan 41-i sinif otağı, digərləri tədris emalatxanası,idman zalı, idman meydançası, k...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Kərimova Vəfadar

Pərvin Həsənzadə Füzuli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi