Superay hadisəsi müşahidə olundu

Superay hadisəsi müşahidə olundu Yay tətili olmasına baxmayaraq Kiçik akademiyanın üzvlərinin maraqlı təcrübələri davam edir. Beləki bu gün superay hadisəsi baş verəcək.Kosmik hadisəni Bakı vaxtı ilə saat 22:00-dan sonra izləmək mümkün olacaq.Məlumata görə, saat 13:09-da Ay Yerə 357 263 km yaxınlaşaraq 2022-ci il üzrə minimal məsafədə, peykin görünən diametri isə 33 dəqiqə 27 saniyə olacaq. Dolunay (Ayın fazası) hadisəsi isə 22:38-də baş verəcək.Qeyd edək ki, superay dolunay və ya yeni ayın perigeylə - Ay və Yerin bir-birinə ən yaxın olduğu anla üst-üstə düşdüyü zaman baş verən hadisədir. Bu, Ayın üzərində planetimizin ətrafında fırlandığı elliptik orbitdən qaynaqlanır. Bu fenomen sayəsində Yerdən Ayı adi haldan daha böyük ölçüsünü görmək mümkün olur. Bu məqsədlə IV"e" sinif şagirdi Harun Kərimli öz teleskopu ilə dəniz kənarı parkda superayı müşahidə edib maraqlı fotolar çəkdi. Astronomiyaya böyük marağı olan Haruna valideynləri həmişə dəstək olur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi