“Son zəng” tədbiri keçirildi

“Son zəng” tədbiri keçirildi

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri məktəbin direktoru Elnur Hüseynov açaraq qonaqları və iştirakçıları səmimi salamladı, məzunları bu əlamətdar gün münasibətilə təbrik etdi. Direktor çıxışında bildirdi ki, bu gün məktəb üçün həm sevincli, həm də kədərli bir gündür: “Sevincimiz ondan ibarətdir ki, biz məktəbimizin daha bir buraxılışını qeyd edirik, kədərimiz isə şagirdlərimizlə vidalaşmaq zərurətində olmağımızdır. İnanırıq ki, bu gənclər gələcəkdə Vətənə, xalqa layiqli övladlar kimi formalaşacaqlar.”

Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Novruz müəllim çıxış edərək məzunlara cənab başçı Adil Əliyevin təbriklərini çatdırdı, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzuladı.

Tədbir məktəbin 11-ci sinif şagirdlərinin çıxışları ilə davam etdi. Məzunlar öz məktəb xatirələrini bölüşdülər, müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını ifadə etdilər. Ənənəyə uyğun olaraq, məktəbin olimpiada qalibi və yüksək bal toplayan məzunu Zakir Şükürlü simvolik olaraq “bilik açarı”nı 10-cu sinif şagirdi Lalə Kamranlıya təhvil verdi. Bu jest məktəbin tədris ənənələrinin davamlılığını və təhsilə olan dəyəri ifadə edir.

Tədbirin sonunda “Son zəng” səsi eşidildi. Bu səs şagirdlərin məktəb həyatı ilə vidalaşmasını simvolizə edir, onların yeni bir həyata – tələbəlik və yetkinlik mərhələsinə qədəm qoyduqlarını bildirirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi