Tam orta təhsil haqqında attestatlar məzunlara təqdim olundu

Tam orta təhsil haqqında attestatlar məzunlara təqdim olundu
2024–2025-ci tədris ilinin sonunda məktəbin 11-ci sinif məzunlarına tam orta təhsil haqqında attestatlar təqdim olunub.
Təqdimat zamanı məktəb rəhbərliyi şagirdlərin bu vaxta qədər göstərdikləri əzmkarlığı və əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib, onlara gələcək təhsil yollarında uğurlar arzulayıb. Qeyd edilib ki, attestatlar yalnız biliklərin deyil, həm də məsuliyyət, zəhmət və formalaşan şəxsiyyətin göstəricisidir.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.