Bilik Günü

15 sentyabr "Bilik Günüdür"
15 sentyabr 2025-ci il tarixində ölkənin bütün ümumtəhsil müəssisələrində olduğu kimi 275 nömrəli məktəbdə də Bilik Günü qeyd edildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Məktəbin direktoru Elnur Hüseynov məktəbə ilk dəfə qədəm qoyan birinciləri və valideynlərini salamladı və məktəbimizin ötənilki nailiyyətlərinin növbəti illərdə də daha yüksək nəticələrlə artacağına inandığımızı vurğuladı.
15 sentyabr 2025-ci il tarixində ilk dərslər "Konstitusiya və suverenlik!" mövzusuna həsr edildi.