Fərqlənənlər

Məzunlara fərqlənmə attestatları təqdim edildi
Tam təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasına uyğun olaraq iyunun 23-də tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə bitirən məzunlara fərqlənmə attestatları təqdim olundu.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində 145 nəfər şagird XI sinfi bitirmiş, onlardan 23-ü fərqlənmə, 122 nəfəri isə adi nümunəli attestata layiq görülmüşlər.
Məzunlarımızı təbrik edir və onlara uğurlar arzu edirik.