Boks üzrə Açıq rayon birinciliyi keçirildi.Azərbaycan Respublikası Ağsu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03-06 may 2016-cı il tarixlərində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə yeniyetmələr (2000-2001) arasında boks üzrə Açıq rayon birinciliyində "50" kq-da "I" yeri tutduğuna görə Əhədov Ülvi diplomla təltif olundu.
"20 yanvar" faciəsi ilə əlaqədar keçirilən şeir müsabiqəsiAzərbaycan Respublikası Gənclər və İdman İdarəsi,Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə keçirilən "20 Yanvar" faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş şeir müsabiqəsində məktəbin 7-ci sinif şagirdi Məmmədli Züleyxa Qüdrət qızı I yer tutmuşdur.
"Sabahın ulduzları" paytaxt çempionatıBakı Futbol Federasiyasının Şəfa stadionunda iki yaş qrupu üzrə təşkil etdiyi 11-ci “Sabahın ulduzları” paytaxt çempionatında 2015-cil 17-18 oktyabr tarixlərində 4-cü turun oyunları keçirilib.Məktəbin 5-ci sinif şagirdi Ənvər Ocaqov öz komandası ilə birgə 3-cü yerə layiq görülüblər.