Xocalı soyqrımına həsr KUNG FU-SANDA döyüşüMəktəbin 10-cu sinif şagirdi Əliyev Şahin Azərbaycan VİN ÇUN-KUNG FU Federasiyası,VİN ÇUN-KUNG döyüş sənəti idman klubu tərəfindən Xocalı soyqrımına həsr KUNG FU-SANDA döyüş növü üzrə keçirilən klublararası açıq Bakı kubokunda 65 kq çəki dərəcəsində I yeri tutduğuna görə diplomla təltif olunur.
“TOPS PROQRAMI - TƏHSİLALANLARIN FİZİKİ SAĞLAMLIĞI,PSİXOLOJİ DAYANIQLILIĞI VƏ TƏLİM NAİLİYYƏTLƏRİNİN YÜKSƏLDİLMƏSİ SAHƏSİNDƏ MÜASİR TƏHSİL TEXNOLOGİYALARININ TƏTBİQİ” LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLDİTOPs proqramı - təhsilalanların fiziki sağlamlığı,psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” layihəsinin təqdimatında məktəbin fiziki tərbiyə müəllimi Ağamirova Larisa III yer tutduğu üçün diplomla mükafatlandırılmışdır.Təhsil Nazirliyi,“Bakcell” və Böyük Britaniyanın “British Council” təşkilatının tərəfdaşlığı ilə reallaşdırılan “TOPs proqramı -layihəsinin əsas məqsədi də ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini tədris etdikləri fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.Layihə çərçivəsində təşkil olunan təlim kurslarında 200 nəfərdən artıq fiziki tərbiyə və ibtidai sinif müəllimi fiziki tərbiyənin tədrisinə dair yeni bilik və bacarıqlar əldə edib.
"Formula 1 Avropa Gran Pri" yarışlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbiri18 may 2016-cı il tarixində "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Formula 1 Avropa Gran Pri" yarışlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərinin rayon mərhələsində 3x3 basketbol üzrə yarışda II yeri tutduqlarına görə məktəbin şagirdləri Kərimov Ruslan,Məlikov Ravil,Qasımov Elçin,Abbasov Həsən diplomla təltif edildi.