Məktəbimizin şagirdlərinin uğurları davam edir.Məktəbimizin 8b sinif şagirdi Hüseynov Hüseyn "Məhsul" KKİC-nın Respublika Şurasının Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 68 kq dərəcəsində 2-ci yeri tutmuşdur.Şagirdlərimizə uğurlarının davamlı olmasını arzu edirik.
Məktəbimizin şagirdləri Zəfər Gününə həsr olunmuş Yaradıcılıq Festival-Sərgisində iştirak edib.Məktəbimizin 10e sinif şagirdi Nəbiyeva Rəşidə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 noyabr-Zəfər Gününə həsr olunmuş "ZəfərFest" Yaradıcılıq Festival-Sərgisində məktəbimizi təmsil edib.Xatırladaq ki,Quliyeva Kəmalə müəllimənin sinfində oxuyan şagirdimiz həm də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdə də ölkəmizi təmsil etmişdi.Rəşidəyə uğurlar arzu edirik və gələcəkdə şagirdlərimizin daha çox uğurlar əldə edəcəklərinə inanırıq.
Şagirdlərimizin uğurları davam edir.Məktəbimizin 10 e sinif şagirdi Abbasov Heydər Sərhədçi İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatı ilə keçirilən Zəfər Gününə həsr olunmuş Bakı birinciliyi yarışmasında Kyokşinkay karate yarışı üzrə 2ci yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur.Sinif rəhbərləri Quliyeva Kəmalə müəlliməni və şagirdimizi təbrik edir,daha böyük uğurlar əldə etməsini arzu edirik.