Məktəbimizin şagirdi inşa müsabiqəsində mükafata layiq görüldü.18 oktyabr "Dövlət müstəqilliyinin bərpası günü " nə həsr olunmuş ''Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və Dövlət müstəqilliyinin bərpası" adlı rayon tam ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa müsabiqəsində fərqləndiyinə görə 8 a sinif şagirdi Eyvazi Aysu fəxri fərmanla təltif olunmuşdur.
Yusif Əliyevin uğuruYusif Əliyev isə Nizami Tədris Mərkəzinin II siniflər üzrə keçirdiyi sınaq imtahanında Suraxanı Filialı üzrə I yer tutduğuna görə təltif olunur.
Məmmədli İbrahim təltif olunduMəmmədli İbrahim "Şəhid Mürsəl Kazımlı" xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə turnirdə II yer tutduğuna görə təltif olundu.