Nailiyyətlərimiz

Məktəbimizin şagirdi Respublika fənn olimpiadasında III yer tutubMəktəbin 9 "D" sinif şagirdi Əliyev Gülmirzə Tərlan oğlu Respublika fənn olimpiadasında iştirak edərək III yerə layiq görülüb.Olimpiada qalibi olan şagirdə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərman və hədiyyə təqdim edilmişdir. Bununla yanaşı şagirdin fənn müəllimi Günel Mailova məktəbin direktoru Elnur Hüseynov tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

Məktəbimizin şagirdləri “Gələcəyin mühəndisi-2” onlayn olimpiadasında II və III yerləri tutublarAzərbaycan Texniki Universitetində (AzTU) “Gələcəyin mühəndisi-2” onlayn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə mükafatlandırılanlar arasında məktəbimizin XI sinif şagirdləri Lalə Əlizadə və Qulamalı Zeynalabdinov də olub. Belə ki, nəticələrə əsasaən Lalə II yer, Qulamalı isə III yerə layiq görülüb.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əbülfət Əkbərovun da iştirak etdiyi tədbirdə olimpiadanın əhəmiyyətindən danışılıb. Rektor Vilayət Vəliyev olimpiadada qalib gələn şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, ötən ildən başlayaraq hər il keçirilən olimpiadanın təşkil olunmasında məqsəd şagirdlər arasında mühəndis ixtisasına marağın artırılmasıdır. Rektor qeyd edib ki, olimpiadaya hər il abituriyentlərin marağı daha da artır. Belə ki, bu il “Gələcəyin mühəndisi -2” olimpiadasında Bakıdan və Azərbaycanın digər bölgələrindən I və II ixtisas qrupu üzrə hazırlaşan 275 nəfər XI sinif şagirdi iştirak edib. İştirakçılara fizika və riyaziyyat, kimya və informatika fənlərinin hər biri üzrə 2 sual təqdim olunub. Olimpiadanın nəticələri universitetin müəllimlərindən ibarət işçi qrupu tərəfindən yoxlanılıb. Rektor həmçinin AzTU-da tələbələr üçün yaradılan imkanlardan da söhbət açıb. Daha sonra qaliblər mükafatlandırılıb. Qaliblərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub. https://www.facebook.com/aztu1950.official/videos/335173564715

Məzunlara fərqlənmə attestatları təqdim edilibMəzunlara fərqlənmə attestatları təqdim edilib Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasına əsasən məktəbin 9-cu və 11-ci sinfini bitirən məzunlara təntənəli surətdə ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları təqdim olunub.

HAQQIMIZDA

Ə.A.Eyvazov adına 275 №-li məktəb 1986-cı ildə yaranmışdır. Məktəb birtiplidir. Tam orta ümumtəhsil məktəbidir. Otaqlarının ümumi sayı 61-dir, bunlardan 41-i sinif otağı, digərləri tədris emalatxanası,idman zalı, idman meydançası, k...

BİZİM FƏXRLƏRİMİZ

Firuzə Nəsibli Araz

Əzəmət Quliyeva Rauf

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi