Şagirdlər Fəxri Xiyabana ziyarət etdilər

   Bügün Suraxanı rayonu 275 saylı orta məktəbin 5-7-ci sinif şagirdləri Fəxri Xiyabanı ziyarət etdilər. Onlar bütün şəhidlərlə yanaşı,erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə,Urfan Vəlizadə və baş leytenantı Bəkir İsmayılovun da qəbrinin önünə gül dəstələri qoydular. Şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Allaha, Vətənə, millətə sevgisi olduğu üçün sonda Allahın rizasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Allah bütün şəhidlərə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi