"Kəlağayı günü" münasibətilə "fləşmob" keçirildi

Mədəniyyətimizin elə dəyərləri var ki, onlar bütün bəşəriyyət üçün əhəmiyyətlidir. 2014-cü ilin 26 noyabr tarixində Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Artıq 5 ildir 26 noyabr Azərbaycan Kəlağayısı Günü kimi qeyd edilir.Azərbaycan kəlağayısı yalnız ölkəmiz tərəfindən deyil, həm də bütün bəşəriyyət tərəfindən qorunur.
Kəlağayı sənətinin yaşaması, təbliğ edilməsi, nəsillərdən-nəsillərə ötürülməsi məqsədilə noyabrın 26-da məktəbimizdə "fləşmob" keçirildi". Məktəbin 4 "C" və 4 "Ç" sinfinin şagirdləri, ibtidai sinif müəllimləri Səbinə Məmmədbəyova, Leyla Məmmədova və musiqi müəllimi Xanım Qafarovanın rəhbərliyi ilə təşkil olunan olunan "fləşmob", Azərbaycanın qədim tarixini, folklorunu böyüməkdə olan nəslə bir daha çatdırdı.