"Bullinq ilə mübarizə" mövzusunda maarifləndirici seminar keçirildi

Noyabrın 27-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut Ağayeva və Uşaq Birliyi Təşkilatı rəhbəri Xədicə İsayevanın təşkilatçılığı ilə VI-IX sinif şagirdləri arasında "Bullinq ilə mübarizə" mövzusunda maarifləndirici seminar keçirildi.
Bullinqin səbəblərindən, formalraından, müdafiə yollarından danışılan seminarda şagird müzakirələrinə geniş yer verilmişdir.
Seminarı təşkil etməkdə əsas məqsəd ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi