"Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti" mövzusunda açıq dərs keçildi

Noyabrın 12-də coğrafiya müəllimi Natəvan Heydərovanın rəhbərliyi ilə "Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti" mövzusunda açıq dərs keçildi.Dərsin keçilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissini aşılamaq, doğma yurdumuzun füsunkar təbiəti, adət-ənənələri, milli sərvətlərimiz haqqqında məlumat vermək idi. Şagird təqdimatlarına yer verilən dərsdə, şagirdlərin fəallığı nəzərə çarpırdı.
Şagirdlər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu qeyd etdilər. Azərbaycançılığın milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaqdan, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək olduğu diqqətə çatdırıldı.